Wednesday, June 23, 2010

Fateh Sultan Məhəmməd (Azərbaycan Türkçesiyle)

Fateh Sultan Məhəmməd 30 mart 1432 - 3 may 1481 Ədirnədə doğuldu. Atası Sultan II Murad, anası Hüma Xatundur.

Fateh Sultan Məhəmməd uzun boylu, dolğun yanaqlı, əyri burunlu, qüvvətli əzələli bədənə malik bir sultan idi. Öz dövrünün elmlərinə sahibdi və yeddi xarici dil bilirdi. Alim, şair və sənətkarları tez-tez yanına toplayar, onlarla söhbət etməyi xoşlayardı. Fateh Sultan Məhəmməd soyuqqanlı və cəsur insan idi. Dahi sərkərdə və idarəçi, Fateh oxumağı çox sevərdi. Farsca və ərəbcəyə çevrilmiş dini və fəlsəfi əsərləri oxuyardı.
1466-c ildə Ptolomey xəritəsini tərcümə etdirərək xəritədəki adları ərəbcə yazdırmışdı. Hansı din və məzhəbə aid olursa olsun bütün alimləri qorumaqda və onlara əsərlər yazdırmaqda idi. Elmə böyük əhəmiyyət verən Sultan Məhəmməd kənar ölkələrdə yaşayan alimləri İstanbula gətizdirdi. Necəki, böyük astronomiya alimi Əli Quşçu onun zamanında İstanbula gəldi.


Fateh Sultan Məhəmməd 1481-ci ilə qədər sultanlıq etdi və 25 dəfə şəxsən cihad səfərində iştirak etdi. Təmkinli və verdiyi qərarlar qətiyyətlə yerinə yetirən bir şəxsiyyətə sahib idi. Dövlət idarəsində olduqca sərt idi. Döyüşlər zamanı çox cəsur olar və hər hansı pozulmanın qabağını almaq üçün irəli atılaraq şəxsən əskərləri təşviq edərdi.

20 yaşında Osmanlı xəlifəsi olan Sultan II Məhəmməd İstanbulu fəth edərək 1100 illik Şərqi Roma İmperiyasını ortadan qaldıraraq Fateh ünvannı qazandı. Hz. Rəsulullahın (s) hədisi-şərifində müjdələdiyi İstanbulun fəthini gerçəkləşdirərək böyük komandan olmağı bacaran Fateh Sultan Məhəmməd, düşmənlərə İslamın gücünü göstərən həqiqi sərkərdə və dövlət adamı idi. Bu böyük insan 1481-ci ildə may ayının 3-də vəfat etmişdir.

No comments:

Post a Comment

LinkWithin

Related Posts with Thumbnails